Bakı. Trend:
Sabah havanın əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumat görə, Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 9-14° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi rayonlarda axşama doğru yağış yağacağı gözlənilir isə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.