...

"Fəlakətlərin idarə olunması və qarşısının alınması" mövzusunda Yaponiya-Azərbaycan danışıqları başlayıb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2016 18:01 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda "Fəlakətlərin idarə olunması və qarşısının alınması" mövzusunda Yaponiya-Azərbaycan danışıqları başlayıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə verilən məlumata görə, Yaponiyanın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycan höküməti ilə "Fəlakətlərin idarə olunması və qarşısının alınması sektoru üzrə" əməkdaşlıq etmək niyyətindədir. Bununla bağlı danışıqlar aparmaq üçün Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının ekspertlər qrupu Azərbaycana səfərə gəlib. Yaponiya Beynəlxalq İnkişaf Agentliyinin ekspert qrupunun rəhbəri Ryuici Haranın rəhbərliyi ilə Bakıya gələn qonaqlar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar.

Görüşdə Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli RSXM-də aparılan seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar haqqında geniş məlumat verib. Azərbaycan seysmoloqlarının Yaponiyanın "Oyo" şirkəti ilə yaxından əməkdaşlıq etdiyini bildirən baş direktor hər iki ölkənin seysmoloqları tərəfindən birgə aparılan tədqiqat işləri barəsində də qonaqları məlumatlandırıb.

Azərbaycan seysmologiyasının çox inkişaf etdiyini bildirən yaponiyalı ekspertlər qarşıya qoyulan problemlərin həlli baxımından RSXM-in böyük potensiala malik olduğunu müşahidə etdiklərini deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti