...

Dövlət Gömrük Komitəsi iradlara aydınlıq gətirdi

Cəmiyyət Materials 23 Yanvar 2016 14:46 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi vətəndaşın iradlarına aydınlıq gətirdi.
Dövlət Gömrük Komitəsi iradlara aydınlıq gətirdi

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi vətəndaşın iradlarına aydınlıq gətirdi.

Komitənin Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, Türkiyə televiziya kanallarından birində yayımlanan proqramda Azərbaycan vətəndaşı Rasim İsgəndərli DGK-nın ünvanına həqiqətə uyğun olmayan məlumatlar səsləndirib.

DGK bildirir ki, R.İsgəndərli bu ilin yanvar ayının 8-də Türkiyəyə səyahət edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, o Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gömrük sərhədini keçən zaman baqaj və ya əl yükündə özünün iddia etdiyi kimi göyərçin quşları olmayıb və Rasim İsgəndərli ölkədən göyərçin quşları aparmaq istədiyi barədə hər hansı gömrük orqanına müraciət etməyib.

Bildirilib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, eləcə də respublikanın bütün sərhəd-gömrük keçid məntəqələrində gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısı hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilib. Vətəndaşlar Dövlət Gömrük Komitəsinin internet səhifəsindən və bütün sərhəd-gömrük keçid məntəqələrində yerləşdirilən informasiya köşkləri vasitəsilə də bu barədə məlumat ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti