...

Təhsil Nazirliyi tətillərlə bağlı açıqlama verdi

Cəmiyyət Materials 26 Yanvar 2016 13:23 (UTC +04:00)
Yanvarın 26-da dərs ilinin birinci yarımili başa çatır.
Təhsil Nazirliyi tətillərlə bağlı açıqlama verdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Yanvarın 26-da dərs ilinin birinci yarımili başa çatır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 27-dən 31-dək ölkəmizin ümumi ümumi təhsil müəssisələrində qış tətili olacaq. Dərs ilinin ikinci yarımili isə fevralın 1-də başlayacaq.

Qeyd edək ki, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində dərslər iyunun 14-də başa çatacaq. Dərs ili müddətində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün isə 5 gün (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti