...

Milli.Az-ın 6 yaşı tamam olur

Cəmiyyət Materials 1 Fevral 2016 11:21
Bu gün Milli.Az İnternet portalının 6 yaşı tamam olur.
Milli.Az-ın 6 yaşı tamam olur

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Milli.Az İnternet portalının 6 yaşı tamam olur.

Portal belə qısa müddət ərzində Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.

Bu müddət ərzində Milli.Az böyüyüb, daha funksional olub, kifayət qədər auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir. Milli.Az kollektivi yaxın zamanlarda istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim edib.

İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.Az-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım Milli.Az İnternet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Milli.Az İnternet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan sonra aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər.

Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək altı il ərzində Milli.Az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.

Fəaliyyəti baş verən hadisələrlə bağlı oxucuları obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.

Bu gün Milli.Az İnternet portalı indi Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

Milli.Az İnternet portalının kollektivini təbrik edir, onlara böyük uğurlar arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti