...

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti yeni proqram təklif edir

Cəmiyyət Materials 2 Fevral 2016 17:47 (UTC +04:00)
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramının “Peşə təhsilinin və məşğulluğun təşviqi” komponenti çərçivəsində Texniki Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı təklif edir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti yeni proqram təklif edir

Bakı. İlhamə İsabalayeva-Trend:

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramının "Peşə təhsilinin və məşğulluğun təşviqi" komponenti çərçivəsində Texniki Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı təklif edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin aprelindən 2017-ci ilin martınadək davam edəcək Beynəlxalq Liderlik Təlimi yüksək ixtisaslı texniki peşə təhsili və təlimi üzrə peşəkarlara səriştə, bilik və bacarıqlarını təkmilləşdirmək imkanı verəcək.

Təlim kursunu uğurla başa vuran iştirakçılara Avropa Kredit Transferi Sisteminin (AKTS) kreditləri veriləcək. Maqdeburq Universitetində proqram başa çatdıqdan sonra AKTS kreditləri peşə təhsili ilə əlaqəsi olan akademik beynəlxalq Magistratura Tədqiqat Proqramları tərəfindən tanınanacaq. Bu da iştirakçıların universitetdə qısaldılmış təhsil müddətində magistr dərəcəsini qazanmasına imkan yaradacaq.

Təlim kursunda iştirak üçün təhsil sahəsində, məktəblərdə və ya təhsillə bağlı layihə idarəçiliyində ən azı 3 illik peşəkar təcrübəsi olan, ingilis dilini mükəmməl bilən, bakalavr dərəcəsinə malik 45 yaşa qədər şəxslər iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti