...

Nazir sakinlərin problemləri ilə yerində tanış olub

Cəmiyyət Materials 2 Fevral 2016 18:25 (UTC +04:00)
Bu gün rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Astara rayon Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Nazir sakinlərin problemləri ilə yerində tanış olub

Bakı. Trend:

Bu gün rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Astara rayon Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Trend-in məlumatına görə, rabitə və yüksək texnologiyalar naziri R.Quluzadə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Nazir rabitə və telekommunikasiya sahəsindəki perspektivlərdən də danışıb. O, qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, ölkəmizdə telekommunikasiya şəbəkəsinin elektronlaşma səviyyəsi 100 faizə çatdırılıb, telefon şəbəkəsinin 45 faizi ən son texnologiyalar əsasında yenidən qurulub, 900-dən çox poçt şöbəsi, 10 poçt filialı üçün yeni binalar tikilib. O bildirib ki, əhalinin 90 faizindən çox hissəsi rəqəmli televiziya yayımı ilə əhatə olunub, genişzolaqlı internet xidmətlərinin tətbiqinə başlanılıb.

Dövlət proqramlarının icrasının konkret nəticələr verdiyini qeyd edən nazir bu gün regionların müasir infrastruktur və inkişaf tempinə görə bəzi sahələr üzrə paytaxtı qabaqladığını vurğulayıb. O, qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində rabitə sahəsində də mühüm işlər görülüb: "Son texnologiyalara əsaslanan müasir telekommunikasiya, genişzolaqlı internet xidmətlərinin, teleradio yayımının coğrafiyası regionlara doğru genişlənib".

Görüş başa çatdıqdan sonra nazir R.Quluzadə rayon sakinlərinin üzləşdikləri problemlərlə yerində tanış olub və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti