Bakı. Trend:
2016-cı ilin yanvar ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı ASAN xidmət mərkəzlərinə, eləcə də Gəncə şəhərindəki ASAN xidmət mərkəzinə ümumilikdə 18346 müraciət daxil olub. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, əsasən "smart" tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, "Azəriqaz" İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.