...

“Qatar Airways” Azərbaycandakı fəaliyyətini genişləndirir

Cəmiyyət Materials 12 Fevral 2016 14:35 (UTC +04:00)
Havayolu şirkəti Doha və Bakı arası həyata keçirdiyi uçuşların sayını artırır.
“Qatar Airways” Azərbaycandakı fəaliyyətini genişləndirir

Bakı. Trend:

Havayolu şirkəti Doha və Bakı arası həyata keçirdiyi uçuşların sayını artırır.

Cari fəaliyyət qrafikinə həftəlik daha dörd uçuş da əlavə edilərək, hər istiqamət üzrə toplam oturacaq həcmini 35%-dən çox artıracaqdır. Sözükeçən yeni uçuşlar Bakıdan Dohaya 27,324 yeni oturacaq yeri əlavə deməkdir.

Qatar Airways 27 mart 2016 tarixindən etibarən Bakıdan Dohaya və əksinə uçuş sayını həftəlik 4 yeni uçuşla artıracağı haqqında məlumat vermişdir.

Airbus 320 təyyarəsi ilə populyar istiqamətə həyata keçirilən əlavə uçuşlar Qatar Airways-in 150 dən çox istiqaməti ilə Bakıdan və ya Bakıya səyahət edən şəxslər üçün daha az gözləmə vaxtı imkanı verir və umumi həftəlik uçuşların sayını 11-ə çatdırır.

Sözükeçən istiqamətə əlavə uçuşların artırılması ölkənin səyahət tələblərinin artması və təşkilatın Azərbaycan bazarına verdiyi ciddi önəminin nəticəsidir. Yeni uçuşlar ilə bütün istiqamətlər üzrə uçuş zamanı olan yerlərin sayı 35%-dən çox artırılacaqdır.

"Qatar Airways"-in Şimal-Şərqi Avropa üzrə ölkə direktoru Nazir Adbuvahidov qeyd edib: "Qlobal havayolu şirkəti olaraq bizim məqsədimiz yalnız mütəmadi səfərlər təşkil etdiyimiz istiqamətlərin sayını artırmaq deyil, həmçinin hal-hazırda fəaliyyət göstərdiyimiz ölkələrdə müştərilərimizin öz səyahətləri planlama prosesini asanlaşdırması üçün onlara bir çox uçuş variantının verilməsi, yəni həftəik uçuş sayını artırmaqdan da ibarətdir. Biznes yaxud istirahət məqsədiylə Bakıya və ya Bakıdan səfər edən sərnişinlərimizə yeni uçuşlarla birgə daha yaxşı seçim imkanı verdiyimiz üçün qürur duyuruq"

Doha - Bakı aviareysi 12 biznes və 132 ekonom sinif oturacağı olan Airbus A320 təyyarəsi ilə həyata keçirilir. Təyyarədə bütün oturacaqlarda quraşdırılmış yeni nəsil əyləncə sistemi olan Oryx One, sərnişinlərə 2000 -dən çox əyləncə seçimi imkanı verir.

Həftəlik əlavə uçuşlar Bakıdan Amerikaya və bir sıra Avropa ölkəsinə səyahət edəcək sərnişinlər üçün yeni imkanlar yaradır. Artıq sərnişinlər Qatar Airways-in mütəmadi olaraq böyüyən Amerika şəbəkəsinə xüsusən də, Boson, Atlanta, Los Angeles kimi şəhərlərinə edilən səfərlər zamanı daha böyük seçim imkanı olacaqdır. Yeni uçuşlarla daha az gözləmə vaxtı həmçinin bir sıra əsas Avropa şəhərləri üçün də keçərli olacaqdır.

Bakıdan gündəlik əlavə uçuşlar sərnişinlərin Ameika və Avropada Houston, Washington D.C. və Barcelona kimi Qatar Airways qlobal şəbəkəsində olan biznes və istirahət istiqamətlərinə Hamad Beynəlxalq Havalimanından çox qısa gözləmə vaxtı səyahət etmələrinə şərait yaradacaqdır.

Sərnişinlər Hamad Beynəlxalq Havalimanında gözləmə vaxtlarını daha səmərəli həyata keçirmək üçün, pulsuz Wi-Fi, hovuz, uşaqlar üçün oyun meydançaları, sərnişinlərin dincəlmələri və rahatlamaları üçün sakit ərazilər və əlbəttə ki, duty free-dən faydalana bilərlər.

Qatar Airways Qatarın milli havayolu şirkəti olaraq dünyada ən gənc hava donanmasına sahib ən sürətlə böyüyən havayolu şirkətidir. Fəaliyyətinin 19-cu ilində olan Qatar Airways 175 təyyarəsi ilə 6 qitədə 150-dən çox biznes və istirahət destinasiyasına mütəmadi uçuşlar həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti