...

Bakı metrosunun stansiyalarında Xocalı faciəsilə bağlı foto və lövhələr yerləşdirilib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2016 10:09 (UTC +04:00)
Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Metro İşçiləri Həmkarlar İttifaqı ilə birgə hazırladığı tədbirlər planına start verib.
Bakı metrosunun stansiyalarında Xocalı faciəsilə bağlı foto və lövhələr yerləşdirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Metro İşçiləri Həmkarlar İttifaqı ilə birgə hazırladığı tədbirlər planına start verib. Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, faciə ilə əlaqədar bütün metro stansiyalarında nəzərdə tutulan stendlərdə Xocalı faciəsi ilə bağlı məlumatlar, faciəni əks etdirən şəkillər və lövhələr yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti