...

Bilik Fondu Zaqatalada Qafqaz Albaniyası ilə bağlı mühazirə təşkil edib

Cəmiyyət Materials 27 Fevral 2016 13:19 (UTC +04:00)
Azərbaycan albanşünaslarının uğurlarını geniş auditoriyaya çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində apardığı tədbirlər proqramını davam etdirərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialında elmi mühazirə təşkil edib.
Bilik Fondu Zaqatalada Qafqaz Albaniyası ilə bağlı mühazirə təşkil edib

Bakı. Trend:

Azərbaycan albanşünaslarının uğurlarını geniş auditoriyaya çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Qafqaz Albaniyasının intibahı" layihəsi çərçivəsində apardığı tədbirlər proqramını davam etdirərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialında elmi mühazirə təşkil edib.

Fonddan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində keçirilən "Qafqaz Albaniyasında antik yaşayış məskənləri: biz nə bilirik" adlı mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb. Mühazirəni tarix üzrə fəlsəfə doktoru, AMEA, Arxeologiya və etnoqrafiya İnstitutunun "Çöl tədqiqatları" sektorunun müdiri Təvəkkül Əliyev oxuyub. Mühazirəçi auditoriyaya belə bir fikri çatdırıb ki, tarix - bizə kimliyimizi tanıdan, dövlətçilik ənənələrimizi yaşadan, tolerantlığımıza şahid olan əsrlərin yaddaşı və soy kökümüzü qoruyan sirr pərdəsidir. O sirləri açmaq, dərin araşdırmalar süzgəcindən keçirmək, gələcək nəsillərə ötürmək isə qarşımızda duran müqəddəs vəzifədir. Təvəkkül Əliyev Qafqaz Albaniyasının antik yaşayış məskənləri haqda maraqlı faktlar göstərərək qeyd edib ki, antik müəlliflər - Strabon, Böyük Plini, Ptolomey, Dion Kassi və başqaları öz əsərlərində Qafqaz Albaniyasının qədim yaşayış məskənləri haqda məlumat veriblər. Strabon iki, Ptolemey 29 alban şəhərinin adını çəkib, Böyük Plini isə Albaniyanın baş şəhərinin Qəbələ (Kabalaka) olduğunu göstərərək, qeyd edib ki, bu şəhərlər inzibati, mədəni, ideoloji və iqtisadi mərkəzlər kimi ölkənin və xalqın sosial-iqtisadi həyatında mühüm rol oynayıb.

Mühazirə auditoriyanın böyük marağına səbəb olub, mövzu ətrafında geniş müzakirələr keçirilib. Suallara ətraflı cavab verən Təvəkkül Əliyev sonda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qafqaz Albaniyasının intibahı" layihəsi çərçivəsində aparılan tədbirlərin əhəmiyyətliyini vurğulayaraq, qeyd edib ki, Qafqaz Albaniyasının araşdırılmasında həllini gözləyən məsələlər çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti