Bakı-Trend:
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı Azərbaycanın milli qəhrəmanları Truskavetsdə müalicə etdirmək fikrindədir. Bu barədə Trend-ə alyansın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, alyansın ali orqanı Azərbaycanın milli qəhrəmanlarının müalicəsini Truskavetsin və Ukraynanın başqa sanatoriyalarında təşkil etməyi öz üzərinə götürməyə dair qərar qəbul edib.
Alyans Azərbaycanın milli qəhrəmanlarına sanatoriyalarda müalicə ücün bütün xərcləri, həmcinin Lvov səhərinə aviauçuşun xərcini, aeroportda onları qarşilamağı öz üzərinə götürür.
Bildirilir ki, müalicə proqramı cox genişdir. Müalicə müddəti 2 həftə davam edəcək. Bura gündə 3 dəfə yemək və sanatoriyada yasamaq daxildir.
Alyansın rəhbəri Elmar Məmmədov deyib ki, milli qəhrəmanlarımızın sağlamlığı vacib məsələdir, cünki onlar öz həyatlarını, sağlamlığını vətən uğrunda qurban veriblər: "Ona görə də həmvətənlərimiz hər şeyin yaxşısına və səviyyəlisinə layiqdilər".