...

Elçin Quliyev Rusiya Sərhəd Xidmətinin rəhbəri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 11 Mart 2016 17:10 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyəti 11 mart 2016-cı ildə ölkəmizə rəsmi səfərə gəlib.
Elçin Quliyev Rusiya Sərhəd Xidmətinin rəhbəri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyəti 11 mart 2016-cı ildə ölkəmizə rəsmi səfərə gəlib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmişlər.

Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilmişdir.

Görüş zamanı tərəflər arasında Azərbaycan-Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizində vəziyyət barədə fikir mübadiləsi aparılmış, sərhəd təhlükəsizliyinə olan təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, demarkasiya işlərinin təşkili üzrə praktiki əməkdaşlığın davamı, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdir.

Söhbət əsnasında ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilmiş, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasındakı əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə verdiyi vurğulanmışdır.

Bununla yanaşı, görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu vurğulanmış, həmçinin sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində Rusiya nümayəndələrinə ətraflı məlumat verilmişdir.

Tədbir iştirakçıları "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrinin müasir standartlara uyğun təkmilləş­dirilməsi, sərhəd nəzarəti prosedurlarının sadələşdirilməsi istiqa­mətində zəruri addımların atılmasının vacibliyini vurğuladılar.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti