...

Təsərrüfatı olanlar üçün maraqlı təklif

Cəmiyyət Materials 14 Mart 2016 15:48 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda fermer təsərrüfatları olan rayonlarda kənd yaşıl turizmini yaratmaq olar. Bu, tam olaraq kənd həyatı yaşamaq istəyən turistlər üçün də maraqlı ola bilər.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Azərbaycanda kənd yaşıl turizminin inkişaf etdirilməsini vacib sayan M.Ağakərimovun sözlərinə görə, ölkədə bu turizm növü hələ ki, tam inkişaf etməyib.

O, əlavə edib ki, kənd yaşıl turizmini inkişaf etdirmək üçün mütləq kəndlərdə yaşayanlara kömək etmək lazımdır: "İtaliyada, Sloveniyada, Avstriyada kənd yaşıl turizmi üçün şərait - aqroturizm yaradılıb. Həmin ölkələrin təcrübələrindən istifadə edərək kənd yerlərində yaşayan insanları təlimatlandırmaq, məlumatlandırma baxımından yardım göstərmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti