...

Deputat Fuad Muradov seçicilərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 25 Mart 2016 12:33 (UTC +04:00)
34 saylı Xətai ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov rayon ərazisində yerləşən qərargahda seçiciləri ilə görüşüb.
Deputat Fuad Muradov seçicilərlə görüşüb (FOTO)

Bakı. Samir Əli - Trend:

34 saylı Xətai ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov rayon ərazisində yerləşən qərargahda seçiciləri ilə görüşüb. Trend-in məlumatına görə, sakinləri ayrı-ayrılıqda qəbul edən millət vəkili onların problemlərini dinləyib.

Müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər, hüquqi yardım və s. üstünlük təşkil edib. Bütün müraciətlər qeydə alınıb və həlli istiqamətində müvafiq addımlar atılacağı qeyd olunub. Həmçinin, aidiyyəti orqanlara yönləndirilməsi üçün seçicilərin ərizə və şikayət məktubları götürülüb.

F.Muradov ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti