...

TQDK: Azərbaycanda orta statistik məzun məktəb proqramının 48-71%-ni mənimsəmir

Cəmiyyət Materials 29 Mart 2016 15:19 (UTC +04:00)
Azərbaycanda orta statistik məzun məktəb proqramının 48-71%-ni mənimsəmir.
TQDK: Azərbaycanda orta statistik məzun məktəb proqramının 48-71%-ni mənimsəmir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda orta statistik məzun məktəb proqramının 48-71%-ni mənimsəmir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 42.26, ədəbiyyatdan 39.64, riyaziyyatdan I, II qruplarda 29.12, III, IV qruplarda 30.43, fizikadan 30.48, kimyadan 32.48, biologiyadan 40.81, tarixdən 40.55, Azərbaycan tarixindən 37.77, coğrafiyadan 35.17, ingilis dilindən isə I qrupda 31.93, II, III qruplarda 35.96%-nə düzgün cavab verib.

Rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 47.98, ədəbiyyatdan 47.39, riyaziyyatdan I, II qruplarda 33.39, III, IV qruplarda 34.88, fizikadan 35.99, kimyadan 38.34, biologiyadan 46.36, tarixdən 36.31, Azərbaycan tarixindən 36.46, coğrafiyadan 34.12, ingilis dilindən isə I qrupda 47.83, II, III qruplarda 52.32%-ni düzgün cavablandırıb. Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 29-52 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 48-71%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.

Komissiyadan qeyd edilib ki, buna görə bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır.

Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti