...

Millət vəkili Silahlı Qüvvələrin Hərbi Akademiyasında məruzə ilə çıxış edib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2016 13:11 (UTC +04:00)
2016-cı ilin tədris planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.
Millət vəkili Silahlı Qüvvələrin Hərbi Akademiyasında məruzə ilə çıxış edib (FOTO)

Bakı. Trend:

2016-cı ilin tədris planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, plana uyğun olaraq Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli Hərbi Akademiyada şəxsi heyətlə görüşüb.

O, "Sosial siyasət və onun milli gücə təsiri" mövzusunda mühazirə ilə çıxış edərək aparılan diskusiyada iştirak edib və dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti