...

Multikulturalizmə həsr olunmuş regional sessiya başa çatıb (FOTO)

Cəmiyyət Materials 30 Mart 2016 20:32 (UTC +04:00)
Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin multikulturalizmə həsr olunmuş regional sessiyası uğurla yekunlaşıb.
Multikulturalizmə həsr olunmuş regional sessiya başa çatıb (FOTO)

Bakı. Trend:

Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin multikulturalizmə həsr olunmuş regional sessiyası uğurla yekunlaşıb.

Mart ayının 25-27 tarixlərində Avropa-Azərbaycan Məktəbində keçirilən Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin multikulturalizm mövzusuna həsr olunmuş regional sessiyası keçirilib. 120-dən çox yerli və xarici gəncin iştirakı ilə keçirilən tədbirdə qitədə baş verən iqtisadi, ictimai və siyasi problemlər - Avropada qaçqın böhranı, Yaxın Şərqdə İŞİD problemi, Azərbaycanda qeyri-neft sektorunun inkişafı və dünya təcrübəsində Azərbaycanın multikulturalizm modeli məsələləri müzakirə olunub.

Tədbirin akademik hissəsinə Laura Kravçik, təşkilati hissəsinə isə Şahin Paşazadə və Elvin Ramazanzadə rəhbərlik edib.

Tədbirin sonuncu günü keçirilən Baş Assambleyada komitələr tərəfindən hazırlanan qətnamələr müzakirə olunaraq səsverməyə qoyulub. Qəbul olunmuş qətnamələr Avropa Gənclər Parlamentinin beynəlxalq ofisinə göndərilib. Eyni zamanda tədbirdən 14 nəfər gənc bu ilin avqust ayında Gəncədə - 2016-cı ilə Avropa Gənclər Paytaxtında keçiriləcək olan AGP-nin Azərbaycan nümayəndəliyinin 2-ci Beynəlxalq Gənclər Forumuna seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti