...

"Parlaq Zəka" intellekt şousunun yayımı davam edir (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2016 16:37 (UTC +04:00)
Mart ayından etibarən verilişlərinin yayımlanması dayansa da, veriliş tam sürət və axarı ilə yenidən fəaliyyətini bərpa edib.
"Parlaq Zəka" intellekt şousunun yayımı davam edir (FOTO)

Bakı. Trend:

Mart ayından etibarən verilişlərinin yayımlanması dayansa da, veriliş tam sürət və axarı ilə yenidən fəaliyyətini bərpa edib. Trend-in məlumatına görə, aprelin 10-dan etibarən hər bazar günü səhər saat 11:00-da AzTV efirində zəkalarımız yenidən tamaşaçıların görüşünə gələcək.

Yeni çəkiliş mövsümünündən qayıdan komanda artıq bir sıra maraqlı verilişlərin çəkildiyi barədə məlumat verib. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyev bunları deyib: "Çalışdıq təkrarçılıq etmədən, daha maraqlı və fərqli mövzu, səhnə quruluşları ilə görüşünüzə gələcək. Tamaşaçılarımıza mövzularımız barədə sirr açmaq istərdik. Belə ki, yarımfinal və final çəkilişlərinin də yer aldığı bu mövsümdə onlar "Məhkəmə tarixi" , " Çarli Çaplin", " Alpinizm", "Bakı tarixi 20-21-ci əsrlərdə", "Avroviziya", "Bayraq və gerblərin tarixi" kimi maraqlı mövzuları əhatə edəcək verilişləri izləyə biləcəklər. Facebook səhifəmizin daimi izləyicilərinə biz "Hansı mövzulara yer ayrılmasını istərdiniz?" deyə sorğu ilə müraciət etmişdik. Bax elə 3-cü mövsüm üçün mövzu seçimi edərkən məhz onları üstün tutduq".

Verilişin informasiya dəstəyi - Trend.az, Day.az, Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti