Cərimə meydançalarında avtomobillərin saxlanması xidmətləri üzrə tariflər məlum oldu

Cəmiyyət Materials 5 Aprel 2016 18:19 (UTC +04:00)
Bu gün Tarif (qiymət) Şurasının iclası keçirilib.
Cərimə meydançalarında avtomobillərin saxlanması xidmətləri üzrə tariflər məlum oldu

Bakı. Trend:

Bu gün Tarif (qiymət) Şurasının iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilib.

Bundan başqa, hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti