...

AVCİYA: Yaxın günlərdə petisiya üçün səs sayı bir neçə yüz minə çatacaq

Cəmiyyət Materials 21 Aprel 2016 13:39 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan"Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə" petisiya layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüşüb.
AVCİYA: Yaxın günlərdə petisiya üçün səs sayı bir neçə yüz minə çatacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan"Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə" petisiya layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüşüb.

Trend-in məlumatına görə, universitetin rektoru Gəray Gəraybəyli AVCİYA-nın ölkə daxilində və beynəlxalq müstəvidəki fəaliyyətindən danışıb. O, Ağ Evə ünvanlanan petisiya layihəsinin əhəmiyyətini müsbət qiymətləndirib.

AVCİYA-nın sədri, millət vəkili Elxan Süleymanov Tibb Universitetinin tələbələrini səsverməyə qoşulmağa çağırıb: "Cəbhədə baş verən son hadisələrdə Azərbaycan Silahlı Qüvvələri bir daha sübut etdi ki, biz öz torpaqlarımızı hərb yolu ilə işğaldan azad etməyə qadirik, lakin Azərbaycan sülh istəyir: "Azərbaycan bu istiqamətdə hərbi və siyasi mübarizə aparır, nəticə də yüksək səviyyədədir. Amma biz virtual mübarizəmizi də davam etdirməliyik ki, ermənilərin, Ermənistan hakimiyyətinin işğalçı olduğunu ifşa edək, bunu bütün dünyaya sübut edək".

E.Süleymanov bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar:Assosiasiya sədri səs sayının yaxın günlərdə bir neçə yüz minə çatacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti