...

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyit Vətənə gətirilib

Cəmiyyət Materials 22 Aprel 2016 17:26 (UTC +04:00)
Aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşmüşdür.
Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyit Vətənə gətirilib

Bakı. Trend:

Aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşmüşdür.

Trend FHN-nin saytına istinadən xəbər verir ki, qeyd olunan təyyarə aprelin 22-də geri dönmüş və cəsəd aidiyyəti üzrə təhvil verilmişdir.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti