...

Britaniyalı iştirakçı: Bakı Marafonu çox yaxşı təşkil edilib

Cəmiyyət Materials 1 May 2016 11:02 (UTC +04:00)
Bu günkü Marafonun məhz Bakıda keçirilməsinə görə çox şadam.
Britaniyalı iştirakçı: Bakı Marafonu çox yaxşı təşkil edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu günkü Marafonun məhz Bakıda keçirilməsinə görə çox şadam. Bunu Trend-ə marafonun britaniyalı iştirakçısı Stiv Robert deyib.

O deyib ki, tədbir çox yaxşı təşkil edilib.

S.Robert bu məqamda Bakıda olmaqdan şad olduğunu vurğulayıb: "Gün maraqlı keçəcəyini vəd edir".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Xeyriyyə məqsədi daşıyan tədbirə ümumilikdə 7000-dən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti