...

"Yaşıl dağ" yaratmağa tələsin

Cəmiyyət Materials 3 May 2016 14:41 (UTC +04:00)
IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatı dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” sosial aksiyası keçiriləcək.
"Yaşıl dağ" yaratmağa tələsin

Bakı. Trend:

IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatı dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində növbəti "Yaşıl dağ" sosial aksiyası keçiriləcək.

Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.

Tədbirin keçirilməsində məqsəd kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.

Qeyd edək ki, "Yaşıl dağ" sosial aksiyası Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində keçirilib və ictimaiyyətin geniş marağına səbəb olub.

Bu dəfə də "Yaşıl dağ" aksiyasında dövlət qurumları, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və vətəndaşların ətraf mühitin mühafizəsi naminə iştirakı nəzərdə tutulub.

Ətraf mühitin qayğısına qalmağa, ekoloji problemlərə qarşı aparılan mübarizəyə töhfənizi vermək üçün Sizi bu aksiyaya dəstək olmağa dəvət edirik.

Tədbir mayın 14-də, saat 12:00-da Nizami rayonu, Heydər Əliyev prospekti 115-də yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti