...

Nazir: Regional Maliyyə Hesablaşma idarələrinin yaradılmasında məqsəd ümumtəhsil sistemimizdə təminatı, təchizatı optimallaşdırılmış formada həyata keçirməkdir

Cəmiyyət Materials 5 May 2016 13:58 (UTC +04:00)
Regional Maliyyə Hesablaşma idarələrinin yaradılmasında məqsəd ümumtəhsil sistemimizdə təminatı, təchizatı, cari təmiri mümkün qədər optimallaşdırılmış formada həyata keçirməkdir.
Nazir: Regional Maliyyə Hesablaşma idarələrinin yaradılmasında məqsəd ümumtəhsil sistemimizdə təminatı, təchizatı optimallaşdırılmış formada həyata keçirməkdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Regional Maliyyə Hesablaşma idarələrinin yaradılmasında məqsəd ümumtəhsil sistemimizdə təminatı, təchizatı, cari təmiri mümkün qədər optimallaşdırılmış formada həyata keçirməkdir.

Trend-in məlumatına görə, bunu təhsil Mikayıl Cabbarov jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, regional Maliyyə Hesablaşma idarələri Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, "2016-cı ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqinə dair onların üzərinə qoyulmuş vəzifələri həyata keçirirlər: "Bu işin həyata keçirilməsi üçün həm yerli icra hakimiyyəti orqanları, həm də yerli maliyyə mərkəzləri, yəni Maliyyə Nazirliyinin tabeliyində olan maliyyə idarələri sıx çalışırlar. Bütün bu işlərin əsas məqsədi ondan ibarətdir ki, bizim ümumtəhsil sistemimizin təminatı, təchizatı, cari təmiri mümkün qədər optimallaşdırılmış formada həyata keçirilsin. Burada həm təhsil alanların, həm məktəblərin tədris prosesi üçün zəruri olan təminatı yüksək səviyyədə həyata keçirilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti