...

Goranboyun kəndində yeni tibb məntəqəsinin tikintisi başa çatıb (FOTO)

Cəmiyyət Materials 5 May 2016 20:52 (UTC +04:00)
Bu gün Goranboy rayonunun Əzizbəyov kəndinin sakinləri icmanın 930-a yaxın əhalisinə xidmət edəcək yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd etmək üçün bir araya gəldilər.
Goranboyun kəndində yeni tibb məntəqəsinin tikintisi başa çatıb (FOTO)

Bakı. Trend:

Bu gün Goranboy rayonunun Əzizbəyov kəndinin sakinləri icmanın 930-a yaxın əhalisinə xidmət edəcək yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd etmək üçün bir araya gəldilər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat və Səhiyyə nazirliklərinin rəsmiləri, ABŞ səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) iştirak ediblər.

Bu layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub və USAID və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.

1988-ci ildən tibb məntəqəsi kimi istifadə edilən köhnə ikiotaqlı inzibati bina icmanın səhiyyə ehtiyaclarını ödəmək üçün münasib şərait təmin edə bilmirdi. EWMI/SEDA layihəsinin dəstəyi ilə icma yerli və regional hökumət qurumları ilə birgə işləyərək yeni tibb məntəqəsi inşa edib. Üç müayinə otağı və gözləmə otağı kimi istifadə olunan bir dəhlizdən ibarət yeni məntəqə icmanın 930-a yaxın sakininin gündəlik sağlamlıq durumunu yaxşılaşdıracaq.

Bu günə kimi EWMI/SEDA layihəsi Azərbaycanın 64 icmasında 96,000-dən çox insana fayda verən 72 layihə həyata keçirib. SEDA proqramı vasitəsilə EWMI icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. Bu layihə USAID tərəfindən maliyyələşir və İqtisadiyyat Nazirliyi və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə, habelə ÜMİD yerli qeyri-hökumət təşkilatının iştirakı ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti