Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur (FOTO)

Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur (FOTO)

Bakı. Trend:

Dünən Binəqədi rayon icra hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Trend-in məlumatına görə, tədbirdə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Millət vəkilləri Madər Musayev, Kəmaləddin Qafarov, Nizami Cəfərov, Mixail Zabelin, Şəmsəddin Hacıyev, Eldar İbrahimov, Elman Nəsirov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Öncə tədbir iştirakçıları Ümummili Liderin abidəsi önünə gül dəstələri qoyublar.

Konfrans Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli filmin təqdimatı ilə başladı.
Tədbirdə çıxış edən Milli Məclisinin üzvü Nizami Cəfərov "Heydər Əliyev - Azərbaycan ədəbiyyatının hamisi kimi" məruzəsi ilə çıxış edərək, Ulu Öndərin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışıb. O bildirib ki, Heydər Əliyev tarix boyu böyük ideyaları həyata keçirərək ədəbiyyatımıza, milli - mənəvi dəyərlərimizə diqqət ayırırdı: "Milli dilimizin bənzərsiz təəssübkeşi Heydər Əliyev Azərbaycan dilini heyranlıqla sevib. Ona güclü məhəbbət bəsləyib, xalq mənəviyyatı, psixologiyası, ədəbiyyatı, mədəniyyəti - bütün bunların daşıyıcısı olan ana dilimizə dərindən bələd olub".

"Heydər Əliyev - Multikulturalizm dəyərlərinin hamisi" mövzusunda çıxış edən Milli Məclisin üzvü Mixail Zabelin Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün çox böyük siyasi irs qoyduğunu vurğulayıb: "Ulu Öndərin irsi həm multikultural və tolerant dəyərlər baxımından, həm də digər istiqamətlərin tədqiqi baxımından böyük əhəmiyyətə malikdir. Bu gün Azərbaycanda fərqli dinə mənsub insanlara, müxtəlif etnik qruplara dövlət səviyyəsində hər cür şərait yaradılıb:"Çox sevindirici haldır ki, Ulu Öndərin multuikulturalizm istiqamətində vaxtilə həyata keçirdiyi bu siyasət Azərbaycanla məhdudlaşmır. Bu siyasət indi bütün dünyaya sirayət edən bir siyasət kimi Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Konfransda "Heydər Əliyevin iqtisadi-inkişaf konsepsiyası" mövzusunda çıxış edən Milli Məclisin üzvü Şəmsəddin Hacıyev Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyev faktorunun rolundan danışıb. O bildirib ki, 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi iqtisadi tənəzüldən inkişaf yoluna doğru apardı və qısa bir müddətdə Azərbaycan böyük uğurlara imza atdı. Dahi Şəxsiyyət Azərbaycanın özünəməxsus iqtisadi modelini yaratdı.

Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkəmizdə bütün sahələrdə yaşanan tənəzzüldən danışan Ş.Hacıyev yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu, beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazandığını deyib.

"Heydər Əliyevin Aqrar inkişaf konsepsiyası" mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov Ümummilli Lider Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və parlaq səhifələrini yazan zəngin dövlətçilik fəaliyyətindən, cəmiyyət həyatının bütün sahələrində Onun rəhbərliyi ilə həyata keçirilmiş köklü islahatlardan danışıb. E.İbrahimov Azərbaycanın iqtisadi, hərbi qüdrətinin artırılması, dövlət təsisatlarının möhkəmləndirilməsi sahəsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edərək Dahi Şəxsiyyətin siyasi kursunu bu gün Prezident İlham Əliyevin uğurla və qətiyyətlə davam etdirdiyini diqqətə çatdırıb.
Konfransda daha sonra çıxış edən Milli Məclisin üzvü Elman Nəsirov "Heydər Əliyev - Azərbaycanı beynəlxalq müstəvidə tanıdan şəxsiyyət", Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli məclisin üzvü Azay Quliyev "Heydər Əliyev və vətəndaş cəmiyyəti institutlarının formalaşması" mövzusunda çıxış ediblər.

"Heydər Əliyevin idarəetmə məktəbi" mövzusunda çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğulayıb. Bildirib ki, bu gün hər birimiz Dahi Rəhbərin qurub yaratdığı, dünyaya tanıtdığı müasir müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edir və Ona borcluyuq. Heydər Əliyev vətənpərvərliyi, mərdliyi, mübarizliyi ilə həmişə hər birimiz üçün nümunədir və Azərbaycan xalqının əbədiyaşar lideri kimi daim qəlblərimizdə yaşayacaq.

Çıxışlar sona çatdıqdan sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi - Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğində xidmətlərinə görə, rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Loading Bars
Xəbər lenti
ABŞ-ın Çin raketini vurmaq planı olmayıb - Pentaqon
Xalq artisti Arif Quliyev vəfat edib
Dünyada ötən sutka koronavirusa 847 mindən çox yoluxma qeydə alınıb - ÜST
Ceyhun Bayramov “TRACECA”nın Baş katibi Aset Asavbayev ilə görüşüb (FOTO)
Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik - Türkiyə MN
Sabiq Maldiv prezidenti partlayış nəticəsində yaralanıb
Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib (FOTO)
Ölkəmizdə inşa edilən "Azərbaycan" Ro-Pax tipli gəmi İlk səfərini Bakı Limanından gerçəkləşdirəcək (FOTO/VİDEO)
Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək - ABŞ Dövlət katibi
Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib
MDU-da “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir - Samir Nuriyev (FOTO)
Qida əlavələrinin sənayedə istifadəsi
Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman milli ideallara bağlı olub -Tamam Cəfərova
Energetika Nazirliyi və Masdar şirkəti hidrogen istehsalı üzrə birgə seminar keçirib (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub (FOTO)
Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri (FOTO)
ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb
UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib (FOTO)
DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək
Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB
Qətərin maliyyə naziri həbs olunub
Yeni Galaxy A seriyası ilə enerji topla və # tükənməzenerji rəqs çellencində iştirak et
Mayın 7-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda bu yol müvəqqəti bağlanır
Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olundu
ÜGT-nin sessiyalarının gündəliyində duran məsələlər müzakirə edilib (FOTO)
Yerevan üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır - Paşinyan
Azərbaycan Veteranlar Təşkilatından Sergey Lavrova müraciət: Xocavənddə faşist Njdeyə aid heykəlin sökülməsi vacibdir
21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Ombudsman beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib
"Real Madrid" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib (FOTO)
Əsl simalarını dünyaya göstərsək, onlara təsir edəcəklər - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq
Azərbaycanda 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub
Bu il Azərbaycanda qeyri-neft ixracı artıb - Nazir
Koçaryan Paşinyanı məhkəməyə verdi - Ondan 4 min dollar istəyir
Qusarda qar daha çox bu ərazilərə yağıb
16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır - Nazir
Odlar Yurdu Universitetində “Mən Qarabağam" layihəsi çərçivəsinə sərgi keçirilib (FOTO)
Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib (VİDEO)
ATƏT Minsk qrupunun son bəyanatında "hərbi əsirlər" ifadəsini işlətməməsi Ermənistanı hiddətləndirib
Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
AzEduNet şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olacaq
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
Azərbaycanlı idmançılar üçün yaradılmış imkanlar heyrətləndirir - Ukraynalı məşqçi Milli Gimnastika Arenası haqqında (VİDEO)
Gəncə Dövlət Universiteti ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edib (FOTO)
Bugünədək 295 minə yaxın fermerə 121 milyon manatdan çox subsidiya ödənilib
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır
26 subartezian quyusunun qazılması üçün 1,82 milyon manat ayrılıb - Sərəncam
Ümummilli lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib (FOTO/VİDEO)
Şuşaya çəkilən ikinci yolda işlər sürətləndirilib (VİDEO)
Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə hesab olunacaq
Şuşada İsa Bulağına yol çəkiləcək
Azərbaycan səhiyyəsi Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla inamla addımlayır
Qarabağda “yaşıl enerji” zonasının yaradılması üçün Yaponiya şirkəti ilə müqavilə imzalanıb
Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov
Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək
Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir
Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir
Qazaxıstan şirkəti Azərbaycanda “ağıllı" kənd və şəhər layihələrində iştirak edəcək
Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək
İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb
Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsi dünya ədəbiyyatında özünəməxsus yer tutur (FOTO)
İstanbulda yaşayış binası çökdü (VİDEO)
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib (YENİLƏNİB)
Sabah 25 dərəcəyədək isti olacaq
Bundan sonra da vaksinlərin gətirilməsi təmin ediləcək - Teymur Musayev
Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov
Körpüdə intihara cəhd olub - Yolda sıxlıq yaranıb (FOTO)
Kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi yenidən qurulur (VİDEO)
Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur
Ağdam rayonunun Qarapirimli kəndi (FOTO/VİDEO)
Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək (FOTO/VİDEO)
Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargah AÇIQLADI
Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsiz və effektivdir - Teymur Musayev
Bu tarixdən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır - RƏSMİ
Xəstəxanalarda boşalan çarpayıların sayı artmaqdadır - Nazir müavini
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah
İki-üç gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənərək təhvil veriləcək - Agentlik rəsmisi
Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq - Teymur Musayev
İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib - ANAMA
Koronavirusla bağlı bizi və dünyanı narahat edən məlumatlar Hindistandan daxil olur - Yaqut Qarayeva
"Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs müddəti uzadılıb
Operativ Qərargah brifinq keçirib (VİDEO)
İndiki vəziyyətdə Minsk qrupu yalnız bölgədə sülhün təmin edilməsinə dəstək ola bilər - Deputat
Qərbi Azəri platformasında hasilat bərpa edilib
Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb
Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir
Bütün xəbərlər