...

“IB Gənclər Festivalı” keçiriləcək

Cəmiyyət Materials 7 May 2016 13:56 (UTC +04:00)
İyunun 25-də “IB Club” Gənclərin İnkişaf Mərkəzi və “Neftçi” Peşəkar Futbol Klubunun təşkilatçılığı ilə ölkənin ən böyük gənclər tədbiri “IB Gənclər Festivalı” baş tutacaq.
“IB Gənclər Festivalı” keçiriləcək

Bakı. Trend:

İyunun 25-də "IB Club" Gənclərin İnkişaf Mərkəzi və "Neftçi" Peşəkar Futbol Klubunun təşkilatçılığı ilə ölkənin ən böyük gənclər tədbiri "IB Gənclər Festivalı" baş tutacaq.

11001 gəncin iştirakı ilə Bakcell Arenada baş tutacaq festivalın təşkilati dəstəyi "ASAN Könüllüləri" Təşkilatı və "YAP" Gənclər Birliyidir. Festivalın keçirilməsində məqsəd gənclərin bir gün ərzində əylənərək öyrənə biləcəkləri unudlmaz bir günü yaşatmaqdır.

"IB Gənclər Festivalı" nədir?
GƏNC və GƏNC ruhlu insanlar, bu Sizin Festivalınızdır!
Həm əylənmək, həm öyrənmək? Bunun cavabını yaşayacaqsınız. Həm də tək yox, nə az, nə çox 11 001 gənclə! 11 001 ürək birlikdə döyünəcək, birlikdə öyrənib, birlikdə əylənəcək! Əsl gənclik havası Festivalda olacaq!

Festivalda nələr olacaq?
- Ölkənin tanınmış və gənclərin sevimlisi olan şəxslərin çıxışları;
- Sevdiyiniz müğənnilərin ifası;
- Gənclər dalğası;
- Sizinlə birlikdə oxuyacağımız 11 001-lik ilk milli xor;
- Stadion ətrafı boyunca müxtəlif oyunlar;
- Şirkətlər tərəfindən gənclərə özəl hədiyyə və təqdimatlar;

Tamamilə ödənişsiz olan biletləri əldə etmək üçün sayta daxil olaraq qeydiyyatdan keçmək mümkündür. (www.ibgenclerfestivali.az )

11001-dən biri SƏNsən!

Arenaya gəl, həyəcanı yaşa!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti