Bakı. Trend:
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tmaşaçılar zəkaların "XX əsr Azərbaycan nəsri" mövzusunda olan mübarizələrini izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Qafqaz Universitetinin tələbəsi Fərid İbrahimli , sarı yolda Milli Aviasiya Akademiyasının tələbəsi Ülkər Bəkirova, yaşıl yolda isə Qafqaz Universitetinin tələbəsi Nəriman Knyazlı mübarizə aparıb. Bu qarşılaşmanın qalibi olmayıb.
Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.
İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.