...

Bakı Metropoliteni Heydər Əliyevin 93 illiyi ilə bağlı tədbirlər keçirib (FOTO)

Cəmiyyət Materials 10 May 2016 17:22 (UTC +04:00)
Bu gün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər keçirib.
Bakı Metropoliteni Heydər Əliyevin 93 illiyi ilə bağlı tədbirlər keçirib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər keçirib.

Trend-in məlumatına görə, QSC-nin İdarə heyətinin üzvləri, kollektivin təmsilçilərindən ibarət geniş bir qrup mayın 10-da Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edib.

Daha sonra Metropolitenin inzibati binasının akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.

Tədbir zamanı əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov tədbir barədə danışıb.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videofilm nümayiş etdirildikdən sonra "Bakı Metropoliteni" QSC-nin İdarə heyətinin üzvü, QSC sədrinin müavini Hidayət Məmmədov, istismar üzrə baş mühəndis Əlixan Osmanov və Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov Heydər Əliyev barədə danışıblar.

Çıxış edənlər ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər dövrü tariximizdə yeni mərhələlərin başlanğıcı kimi dəyərləndiriblər, Heydər Əliyevin keçdiyi mənalı həyat yolundan, Azərbaycan xalqı qarşısında misilsiz fəaliyyətindən danışıb, onun respublikanın inkişafına verdiyi töhfələrin Metropolitendə də hiss olunduğunu bildiriblər.

Tədbirin yekununda "Bakı Metropoliteni" QSC-nin sədri Z.Hüseynov çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş və hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi və iqtisadi kursun daha da inkişaf etdirilməsində Metropoliten kollektivinin də öz sahəsində bütün qüvvəsini və imkanlarını səfərbər edəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti