...

Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq

Cəmiyyət Materials 11 May 2016 13:11 (UTC +04:00)
Mayın 14-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.
Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq

Bakı. Trend:

Mayın 14-də IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.

IDEA-dan Trend-ə verilən məlumatda bildirilir ki, mütəmadi olaraq hər ay keçirilən və müxtəlif mövzuları əhatə edən "Uşaqlar üçün laboratoriya"nın May təlimi "yaşıl enerji" mövzusuna həsr olunacaq.

Təlim zamanı uşaqlara elektrik enerjisi, onun əldə olunması, alternativ enerji mənbələri, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılacaq, həmçinin "kiçik ekoloqlara" erkən yaşlardan aşılanması vacib olan elektrik təhlükəsizliyi tədbirləri izah ediləcək.

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində iştirak edəcək, müxtəlif ərzaqlardan və meyvələrdən enerjinin alınması prossesinə əyani şahidlik edəcəklər. "Eko laboratoriya"nın iştirakçıları təlimçilərin köməyilə öz elektrik dövrələrini də yaradacaqlar.

May laboratoriyası uşaqlara ətraf mühitin əsas amillərindən hesab olunan elektrik enerjisi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də enerjiyə qənaətin mühüm əhəmiyyətə malik olmasını kiçik yaşlarından mənimsəmələrinə töhfə verəcək.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti