...

Azərbaycanda yeni yol radarlarının tətbiqi təklif edilir

Cəmiyyət Materials 15 May 2016 16:40 (UTC +04:00)
ABŞ-ın nəqliyyatı intellektual idarəetmə sahəsində ixtisaslaşmış "Wavetronix" şirkəti nəqliyyatın hərəkətini müşahidə etmək üçün yeni radar sistemini təklif edir.
Azərbaycanda yeni yol radarlarının tətbiqi təklif edilir

Bakı. Ənvər Məmmədov - Trend:

ABŞ-ın nəqliyyatı intellektual idarəetmə sahəsində ixtisaslaşmış "Wavetronix" şirkəti nəqliyyatın hərəkətini müşahidə etmək üçün yeni radar sistemini təklif edir. Bunu Trend-ə 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2016" sərgisində iştirak etmiş şirkətin Şərqi Avropa ərazisində satışlar üzrə meneceri Ceyk Fillmor deyib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda magistral yolarda, şoselərdə, eləcə də şəhər yollarında hərəkəti izləməyə imkan verən müxtəlif radarlar, yol ötürücülərindən istifadə etməyi təklif edir.

C.Fillmor qeyd edib ki, şirkət hər bir avtomobil və zolağın yüklənməsi barədə məlumat almağa imkan verən "SmartSensor HD" yol ötürücüləri təklif edir.

O əlavə edib ki, digər "SmartSensor Matrix" ötürücüsü siqnal idarəetmə sistemlərində və yol hərəkətinə nəzarət üzrə digər metodlarda istifadə olunur: "Bu ötürücü nəqliyyat vasitələrinin dəqiq sayını müəyyənləşdirməyə imkan verir, hətta proqnozlar və hesabatlar təqdim edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti