...

BANM-də "Formula-1" yarışları haqqında təqdimat keçirilib (FOTO)

Cəmiyyət Materials 13 May 2016 11:24 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin tələbələri üçün "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışları haqqında təqdimat keçirilib.
BANM-də "Formula-1" yarışları haqqında təqdimat keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ali Məktəbin tələbələri üçün Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışları haqqında təqdimat keçirilib.

BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı qonaqları salamlayaraq Azərbaycanın son illər bir sıra mötəbər yarışlara və müsabiqələrə uğurla ev sahibliyi etməsini ölkəmizin tanınması və beynəlxalq arenada müsbət imicinin möhkəmlənməsi yolunda atılan addım kimi dəyərləndirib.

Tədbirdə Bilik Fondunun Beynəlxalq Layihələr sektorunun müdiri Riyad Məmmədzadə, Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun aparıcı məsləhətçisi Almaz Axundova və "Formula-1" yarışlarının Bakı Fan Klubunun rəhbəri, F-1.az saytının qurucusu Rəhim Əliyev iştirak ediblər.

"Formula-1" yarışlarının Bakı Fan Klubunun rəhbəri, F-1.az saytının qurucusu R.Əliyev Azərbaycanda "Bakı Avropa Qran Prisi" (Formula 1 Grand Prix of Europe) adı altında keçiriləcək "Formula-1" yarışları haqqında ətraflı məlumat verib. O, 21 ölkənin ev sahibliyi etdiyi "Formula-1" yarışları içərisində sayca 8-ci Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçiləcəyini deyib. Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək və paytaxtımızın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edərək, televiziya izləyiciləri üçün gözəl mənzərə açacağını bildirib. "Formula-1" yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı olduğunu və yarış müddətində "Formula-1" fanatlarının diqqətinin Bakıya yönələcəyini bildirən R.Əliyev Azərbaycan paytaxtının dünyanın diqqət mərkəzində olacağını vurğulayıb.

Sonra "Bakı Avropa Qran Prisi" (Formula-1) yarışları haqqında videoçarxlar nümayiş edilib.

Sonda R.Əliyev tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 17-19 iyun tarixlərində Azərbaycan "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) yarışlarına ev sahibliyi edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti