...

Azərbaycanda dərslik siyasəti üzrə yeni təkliflər hazırlanacaq

Cəmiyyət Materials 17 May 2016 16:14 (UTC +04:00)
Azərbaycanda dərslik siyasətinin təkmilləşdirilməsinə dair yeni təkliflər hazırlanacaq.
Azərbaycanda dərslik siyasəti üzrə yeni təkliflər hazırlanacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda dərslik siyasətinin təkmilləşdirilməsinə dair yeni təkliflər hazırlanacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, dərslik siyasəti sahəsində mütəxəssis xidmətlərinin göstərilməsi üçün elan verilib.

Mütəxəssislərin göstərəcəyi xidmətlər dərslik siyasəti sahəsində mövcud qanunvericiliyin təhlili, dərslik siyasətinin inkişafını və hədəflərini təmin edən istiqamətlərin müəyyənləşdirilməsi və bu sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsinə, o cümlədən "Dərsliklərin istifadəsinə icazənin verilməsi Qaydaları"nın və "Ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin dərsliklərlə təminatı haqqında Qaydalar"ın hazırlanmasına dair təkliflər vermək olacaq.

Namizəd təhsil, yaxud iqtisadiyyat, humanitar, idarəetmə sahəsində ali təhsilə malik olmalıdır. Tanınmış xarici ali məktəblərdə təhsil almış namizədlərə üstünlük veriləcək.

Təhsil sahəsində tədqiqatlar aparmış, dərslik siyasəti sahəsində ölkənin qanunvericiliyini bilən və beynəlxalq təcrübəyə dair məlumatlı olan namizədlərə də üstünlük veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti