...

İstanbulda Dünya Humanitar Yardım Sammiti keçiriləcək

Cəmiyyət Materials 19 May 2016 15:32
Türkiyə tarixdə ilk dəfə təşkil olunacaq Dünya Humanitar Yardım Sammitinə ev sahibliyi edəcək.
İstanbulda Dünya Humanitar Yardım Sammiti keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə tarixdə ilk dəfə təşkil olunacaq Dünya Humanitar Yardım Sammitinə ev sahibliyi edəcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə mayın 23-24-də İstanbulda keçiriləcək sammit Lütfü Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında baş tutacaq.

Böhrana məruz qalan insanlarla ölkə liderlərinin ilk dəfə bir araya gəldiyi İstanbul sammitində dünyada yaşanan humanitar problemlərin həlli yolları müzakirə ediləcək.

Sammitin İstanbulda keçirilməsi humanitar yardım sahəsində nümunəvi fəaliyyəti ilə seçilən Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun bir göstəricisidir.

Hazırda 3 milyondan artıq suriyalı qaçqının məskunlaşdığı Türkiyə, BMT məlumatlarına görə, dünyada ən çox qaçqın qəbul edən ölkədir. Eyni zamanda rəsmi humanitar yardımın milli gəlirə olan nisbətinə görə də dünyanın "ən səxavətli" donor ölkəsi statusunu qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti