Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan, ABŞ və Gürcustan alimləri Qafqaz ərazisində geoloji təhlükələri, həmçinin müxtəlif zonalarda müasir geodinamik aktivliyi tədqiq edir.
AMEA Geologiya və Geofizika İnstitutundan Trend-ə verilən məlumata görə, "Qafqaz regionunun aktiv geodinamikası" adlı layihə çərçivəsində təşkil olunmuş işlər ABŞ-ın Milli Elmlər Akademiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirovdur.
İki illik layihə bu ilin sonunda başa çatır.
Hazırkı nəticələr Gürcüstan Milli Elmlər Akademiyasında müzakirə olunub.