...

Bakı Ali Neft Məktəbinin bütün kompleksi bu il təhvil veriləcək (FOTO)

Cəmiyyət Materials 23 May 2016 16:38 (UTC +04:00)
SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbinin (BANM) Bibiheybətdəki yeni kampusundakı tikinti işlərinin gedişi ilə tanış olub.
Bakı Ali Neft Məktəbinin bütün kompleksi bu il təhvil veriləcək (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbinin (BANM) Bibiheybətdəki yeni kampusundakı tikinti işlərinin gedişi ilə tanış olub.

O, BANM-in çox əzəmətli və gözəl binasındakı işlərlə yaxından tanış olub. Qafqazın ən böyük kampusu olan Ali Məktəbin yataqxana, tədris binaları, geniş stadiona və digər mükəmməl infrastruktura malik şəhərciyində R.Abdullayevə dünyanın bir sıra aparıcı şirkətlərinin təmənnasız olaraq burada qurulan auditoriya və laboratoriya otaqlarının yerləşəcəyi barədə məlumat verilib.

SOCAR-ın prezidenti bildirib: "Biz Ali Məktəbin bütün kompleksini bu il təhvil verəcəyik".

R.Abdullayev bu ilin sentyabrında kompleksin təhvil verilməsi üçün müvafiq tapşırıqlarını da verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti