...

Balakəndə "Gənclik və vətənpərvərlik" mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2016 12:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbində “Gənclik və vətənpərvərlik” mövzusunda tədbir keçirilib.
Balakəndə "Gənclik və vətənpərvərlik" mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbində "Gənclik və vətənpərvərlik" mövzusunda tədbir keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Bilik Fondunun Balakən rayonu üzrə nümayəndəsi Şaban Abdullayev Fondun gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edib.

Bilik Fondunun əməkdaşı Vidadi Rzayev tədbir iştirakçılarına "Gənclik və vətənpərvərlik" mövzusunda mühazirə deyib.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifi və elmi redaktoru olduğu "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından olan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının təqdimatı keçirilib.

Tədbirdə Rayon Təhsil şöbəsinin nümayəndəsi Cavanşir Alqayev, rayonun tanınmış ziyalısı, tarixçi alim Akif Məmmədli, Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Balakən rayonundakı ümumtəhsil məktəblərinin direktorları, həmçinin müəllim və şagird kollektivləri də iştirak ediblər.

Balakən səfəri çərçivəsində V.Rzayev rayon İcra Hakimiyyəti başçısının Humanitar Məsələlər üzrə müavini Nəzakət Rüstəmova ilə görüşüb, Bilik Fondunun yerli əhali arasında apardığı maarifləndirmə işlərinə dair fikir mübadiləsi aparıb. Fondun əməkdaşı rayonun Humanitar və Texniki təmayüllü liseyində direktor və fənn müəllimlərinin iştirakı ilə tarix fənni üzrə açıq dərs keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti