...

Sabahın havası - yağış yağacaq, şimşək çaxacaq

Cəmiyyət Materials 2 İyun 2016 13:10
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Sabahın havası - yağış yağacaq, şimşək çaxacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 3-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti