...

Kredit hesabına ali məktəbi bitirənlər krediti necə ödəyəcək?

Cəmiyyət Materials 6 İyun 2016 12:50 (UTC +04:00)
Ali məktəbi kredit hesabına bitirən tələbələr ali məktəbi bitirəndən sonra işləməlidir ki, krediti ödəyə bilsin.
Kredit hesabına ali məktəbi bitirənlər krediti necə ödəyəcək?

Bakı. Samir Əli - Trend:

Ali məktəbi kredit hesabına bitirən tələbələr ali məktəbi bitirəndən sonra işləməlidir ki, krediti ödəyə bilsin.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Maarifçi Tələbə Kredit Fondunun icraçı derektoru Rüfət Mahmud deyib.

O bildirib ki, fond bu sahədə ciddi risqə gedir: "Tələbə işləməsə, krediti qaytara bilməyəcək və bu da mübahisə yaradacaq. Belə olan halda fond məhkəməyə müraciət edə bilər. Amma inanmıram ki, kreditlə oxumağa razılıq verən tələbə ail məktəbi bitirəndən sonra işləməsin və krediti ödəməsin".

Qeyd edək ki, bu gün Təhsil Nazirliyində Maarifçi Kredit Fondunun fəaliyyətə başlaması və qurumun saytının istifadəyə verilməsilə bağlı media-brifinq keçirilib.

Maarifçi Tələbə Kredit Fondu fəaliyyətə başladı (ƏLAVƏ OLUNUB)

Maarifçi Tələbə Kredit Fondu fəaliyyətə başladı (ƏLAVƏ OLUNUB)

Fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti