...

Bakıda yağış, rayonlarda dolu

Cəmiyyət Materials 8 İyun 2016 12:27 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Bakıda yağış, rayonlarda dolu

Bakı. Trend:

Sabah Azərbaycan ərazisində hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

İyunun 10-dək şimşək, yağış...

İyunun 10-dək şimşək, yağış...

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 20-25, Bakıda gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

İyunun 9-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti