...

Məhkəmə tarixi "Parlaq Zəka"da (FOTO)

Cəmiyyət Materials 9 İyun 2016 13:59 (UTC +04:00)
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib.
Məhkəmə tarixi "Parlaq Zəka"da (FOTO)

Bakı. Trend:

"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların "Məhkəmə tarixi" mövzusunda olan mübarizələrini izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Maqsud Həsənov, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Elmar Yusifov, yaşıl yolda isə Azərbaycan Dillər Universitetinin tələbəsi Bəhram Nəcəfquluzadə mübarizə aparıb. Bu qarşılaşmanın qalibi Maqsud Həsənov olub.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran kartlar təqdim olunur.

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti