...

Azərbaycanda ötən 5 ayın "yol terroru": 242 ölü, 797 yaralı

Cəmiyyət Materials 10 İyun 2016 17:36 (UTC +04:00)
2016-cı ilin 5 ayı ərzində Azərbaycanda 732 yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycanda ötən 5 ayın "yol terroru": 242 ölü, 797 yaralı

Bakı. Elçin Mehdiyev - Trend:

2016-cı ilin 5 ayı ərzində Azərbaycanda 732 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, baş vermiş yol qəzaları zaman 242 nəfər ölüb, 797 nəfər yaralanıb. Hadisələrdən 268-i Bakıda qeydə alınıb və nəticədə 58 nəfər ölüb, 290 nəfər yaralanıb.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə respublikada baş verən qəzaların sayı 119 fakt, qəzada ölənlərin sayı 86, yaralanların sayı 99 isə fakt azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti