...

Çoxdan gözlənilən qanun layihəsi qəbul olundu

Cəmiyyət Materials 14 İyun 2016 12:38 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Çoxdan gözlənilən qanun layihəsi qəbul olundu

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Elm haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsi haqqında danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, indiyə qədər qanun layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflər nəzərə alınıb.

O qeyd edib ki, elm haqqında qanunvericiliyin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan bütün subyektlərin və iştirakçıların konstitusiya hüquqlarının təmin edilməsi və qorunmasından, onların arasında münasibətlərin tənzimlənməsi, elmi fəaliyyət sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi, elmi fəaliyyətin sərbəst və davamlı inkişafının təmin edilməsi, vətəndaşların əqli potensialının reallaşdırılması və elmi nailiyyətlərdən istifadə edilməsi sahəsində təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, "Elm haqqında" qanun layihəsi bir neçə ildir ki hazırlanırdı. Qanun layihəsi bundan əvvəl Milli Məclisin müzakirəsinə çıxarılsa da, qəbul olunmadı və layihə üzərində yenidən işlənməsi tövsiyə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti