...

Sabiq nazir əvəzinin şikayəti təmin edilmədi

Cəmiyyət Materials 16 İyun 2016 14:24 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilən sabiq nazir əvəzi Nicat Quliyevin şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Sabiq nazir əvəzinin şikayəti təmin edilmədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilən sabiq nazir əvəzi Nicat Quliyevin şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Fuad Ağayev Trend-ə açıqlamasında bildirib ki, prosesdə şikayət araşdırılsa da, təmin ebilməyib.

İttihama görə, N.Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə 2013-cü il avqustun 7-də tutulub. Abşeron rayon məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apelyasiya Məhkəməsi isə hökmdən təqsirləndirilən şəxsin verdiyi apelyasiya şikayətini təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib. Şikayətdə onun barəsində olan cinayət işinin ləğv edilməsi, azadlığa buraxılması istənilib. Lakin Ali Məhkəmə də şikayəti təmin etməyib.

Bir müddət əvvəl o, vaxtından əvvəl cəzadan azad olunması barədə ərizə ilə Xəzər rayon məhkəməsinə müraciət etsə də, məhkəmə ərizəni təmin etməyib. Təqsirləndirilən şəxs həmin qərardan apelyasiya şikayəti verib.

Xatırladaq ki, N.Quliyev 1993-1995-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti