...

Azərbaycanda multikulturalizm dəyərləri Koreyada təbliğ edilib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2016 13:18 (UTC +04:00)
Azərbaycanda multikulturalizm dəyərləri Koreya Respublikasının Cecu vilayətində yerləşən Cecu Milli Universiteti tərəfindən təşkil olunmuş “Cecunun dəyərləri və gələcəyinin müəyyənləşdirilməsi” adlı tədbirdə müzakirə edilib.
Azərbaycanda multikulturalizm dəyərləri Koreyada təbliğ edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda multikulturalizm dəyərləri Koreya Respublikasının Cecu vilayətində yerləşən Cecu Milli Universiteti tərəfindən təşkil olunmuş "Cecunun dəyərləri və gələcəyinin müəyyənləşdirilməsi" adlı tədbirdə müzakirə edilib.

Azərbaycan səfirliyindən Trend-ə verilən məlumata görə, Cecu vilayətinin Qubernatoru Von Hye-ryonqun da iştirak etdiyi tədbirdə, ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov çıxış edərək, Azərbaycanda multikulturalizm ənənələri və tarixi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. O, multikulturalizm dəyərlərinin Azərbaycan xalqı üçün həyat tərzi olduğunu və Azərbaycanda dini və milli zəmində ayrıseçkilik hallarına rastlanmadığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Səfir çıxışında Azərbaycan əhalisinin böyük əksəriyyətinin İslam dininə mənsub olmasına baxmayaraq, ölkədə məscidlər ilə yanaşı kilsə, sinaqoq və digər ibadətgahların azad şəkildə fəaliyyət göstərdiklərini, onların əksər hissəsinin Azərbaycan dövlətinin maliyyəsi hesabına tikildiklərini və ya bərpa edildiklərini qeyd etmişdir. O, həmçinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, paytaxt Bakı şəhərində erməni kilsəsinə toxunulmadığını və hətta kilsənin təmirinə dövlət tərəfindən vəsait ayrıldığını diqqətə çatdırmış, yalnız bu faktın özünün Azərbaycanda dini tolenrantlığın səviyyəsini nümayiş etdirdiyini bildirmişdir.

Səfir Azərbaycan Prezidenti tərəfindən 2016-ci ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini, Azərbaycanda Multikulturalizm dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğ olunması məqsədilə xüsusi dövlət institutunun - Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri - təsis edildiyini diqqətə çatdırmışdır. O, bütün bu addımların Multikulturalizm dəyərlərinin qorunmasına göstərilən dövlət qayğısının göstəriciləri olduğunu vurğulamışdır.

R.Teymurov Azərbaycanın multikulturalizm sahəsindəki təcrübələrini beynəlxalq ictimaiyyət, o cümlədən Koreya Respublikası ilə bölüşməyə hazır olduğunu bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti