...

XIX əsr Amerika ədəbiyyatı "Parlaq Zəka" (FOTO)

Cəmiyyət Materials 17 İyun 2016 18:03 (UTC +04:00)
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib.
XIX əsr Amerika ədəbiyyatı "Parlaq Zəka" (FOTO)

Bakı. Trend:

"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların “XIX əsr Amerikan Ədəbiyyatı” mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Bakı Dövlət Universitetinin tələbəsi Mirtaleh Qəhrəmanov , sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Camal Ağarzayev, yaşıl yolda isə Azərbaycan Dövlət İqtosad Universitetinin tələbəsi Fuad Səfərli mübarizə apardı. Bu qarşılaşmanın qalibi Mirtaleh Qəhrəmanov oldu.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün “Parlaq Zəka” intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran kart təqdim olunur. İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti