...

Hamilton Bakıda Avropa Qran Prisində qələbə qazanacağına inanmır

Cəmiyyət Materials 18 İyun 2016 19:43 (UTC +04:00)
Mən şübhə edirəm ki, sabah yarışı uda bilərəm, amma əlimdən gələni əsirgəməyəcəyəm
Hamilton Bakıda Avropa Qran Prisində qələbə qazanacağına inanmır

Bakı. Trend:

Mən şübhə edirəm ki, sabah yarışı uda bilərəm, amma əlimdən gələni əsirgəməyəcəyəm. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton deyib.

"Çox ağır gün idi. İrəliyə hərəkət etmək lazımdır. Ümumiyyətlə, bolid yaxşı işləyib, amma mən bu gün optimal ritmi tuta bilmədim və formada deyildim", - deyə Hamilton bildirib.

"Mən yarışı uda biləcəyimə inanmıram, amma əlimdən gələni edəcəyəm ki, mümkün qədər çox mövqe qazanım",- deyə britaniyalı pilot bildirib.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti