...

Bakı "Formula 1" Avropa Qran Prisini çox gözəl təşkil edib - "Renault Sport" (eksklüziv)

Cəmiyyət Materials 19 İyun 2016 05:30 (UTC +04:00)
Bakı "Formula 1" Avropa Qran Prisini çox gözəl təşkil etdi. Bunu Trend-ə "Renault Sport" komandanın direktoru Frederik Vasör deyib
Bakı "Formula 1" Avropa Qran Prisini çox gözəl təşkil edib - "Renault Sport" (eksklüziv)

Bakı. Trend:

Bakı "Formula 1" Avropa Qran Prisini çox gözəl təşkil etdi. Bunu Trend-ə "Renault Sport" komandanın direktoru Frederik Vasör deyib.

Onun sözlərinə görə, "Formula 1" yarışlarının təşkili çox çətin vəzifədir, amma birinci dəfə üçün Bakı bunu çox gözəl bacardı.

"Hər şey çox yüksək səviyyədədir - yol, infrastruktur və s.", - deyə Frederik Vasör bildirib.

Bakı şəhər treki başqa şəhər yollarından fərqlənir. Bakının Sinqapur və Monakodan əsas fərqi yolun çox yüksək sürətli olmağıdır. Bundan başqa, burada sürətli döngələr, ensiz yerlər əla kombinasiya edilib, deyə "Renault Sport" komandanın direktoru bildirib.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti