...

Şəmkirdə dünyəvi dövlətdə din mövzusunda seminar-treninq keçirilib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2016 13:23
“Dünyəvi dövlətdə din-Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib.
Şəmkirdə dünyəvi dövlətdə din mövzusunda seminar-treninq keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində “Dünyəvi dövlətdə din-Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz və Gəncə bölgələri üzrə şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev qeyd edib ki, Azərbaycan xalqı öz milli-mənəvi, dini dəyərlərini əsrlər boyu qoruyub saxlayıb. Xüsusilə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən milli-mənəvi dəyərlərimizə, o cümlədən dini dəyərlərimizə qayıdış baş verib: "Bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyada tolerant ölkə kimi tanınır. Dinlararası münasibətlərin tənzimlənməsi, eyni zamanda dini dözümlülüyün yüksək səviyyədə mövcudluğu dövlətin siyasətinin prioritet istiqamətlərindən biridir”.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı mövzu ilə əlaqədar çıxışı edərək bildirib ki, Azərbaycan hüquqi dövlətdir və İslam dini bizim milli ideologiyamızın tərkib hissələrindən biridir: “Azərbaycan dövlətinin dinə qayğısı hər kəsə məlumdur. Azərbaycanda İslam dəyərlərinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər zamanında ölkəmizdə 18 məscid vardı. Bu gün artıq respublikamızda iki mindən çox məscid var. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu mükəmməl siyasi xətt cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir".

Daha sonra tədbirdə çıxış edən natiqlər dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından, dini tolerantlıq mühitindən, dövlətimizin daim bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti